Oğurluq əməlinin videosu yayılan polis işdən çıxarıldı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Oğurluq əməlinin videosu yayılan polis işdən çıxarıldı - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının oğurluq etməsini əks etdirən videogörüntülərə münasibət bildirib.

Median.Az
xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a bildirib ki, videonun harada və nə vaxt çəkildiyi bilinməsə də, nazirliyin aidiyyəti qurumları bu iddia ilə bağlı dərhal obyektiv araşdırmalar aparıb:


“Qısa zamanda müəyyən edilib ki, görüntüdə olan şəxs, həqiqətən də polis əməkdaşıdır və paytaxtdakı mühafizə idarələrindən birində polis nəfəri kimi xidmət edib. Onun cibinə qoyduğu əşya isə qızıl bilərzik deyil, metro stansiyalarının önündə satılan adi bijuteriyadır. Dərhal həmin gənc əməkdaş aidiyyəti idarəyə dəvət olunub və sorğu zamanı xoşagəlməz və polisin adına yaraşmayan hərəkəti 2018-ci ilin oktyabr ayında törətdiyini etiraf edib”.

E. Zahidov qeyd edib ki, DİN rəhbərliyinin göstərişi ilə daxili işlər orqanlarının nüfuzuna xələl gətirən, polisin adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə həmin şəxs daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Qeyd edək ki, ötən gün bəzi xəbər saytlarında və sosial şəbəkələrdə polis əməkdaşı olduğu iddia edilən şəxsin satışda olan sarı metal əşyanı götürüb cibinə qoyduğunu əks etdirən videogörüntü paylaşılıb. Müəllifin qənaətinə görə, əşya qızıl bilərzikdir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 944 10.01.19 11:24