Məhkəmə Təranə Səmədova ilə bağlı qərar verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |     12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |     11:51 Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR  |     11:50 Binəqədinin keçilməz yolları - VİDEO  |     11:49 Paytaxt sakinini yük avtomobili vurub  |     11:47 Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA (VİDEO)  |    

Məhkəmə Təranə Səmədova ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilərək həbs edilən tanınmış prodüser Təranə Səmədova barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Vəkil Janna Bağırova oxu.az-a açıqlamasında deyib ki, iclasda qərar açıqlanıb və T. Səmədovaya bəraət verilməsi üçün verilən şikayət məhkəmə tərəfindən təmin edilməyib.

Birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb. Vəkil qərar verilməzdən əvvəl T. Səmədovanın məhkəmədə son söz söylədiyini vurğulayıb. Onun sözlərinə görə, T. Səmədova günahsız olduğunu, ona şər atıldığını qeyd edib.

Qeyd edək ki, T. Səmədova da barəsində bəraət çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət etmişdi.

Xatırladaq ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 503 09.01.19 11:28