Eldar Əzizovdan daha bir ƏMR: Binaların üstündəki su çənləri yığışdırılsın! - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Eldar Əzizovdan daha bir ƏMR: Binaların üstündəki su çənləri yığışdırılsın! - FOTO

Paytaxtın Nizami rayonu ərazisindəki yaşayış binalarının damında sakinlərə məxsus su çənləri yığışdırılır.

Median.Az xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Ramsin Abdullayev deyib.

Birlik sədri bildirib ki, su çənlərinin götürülməsi həmin binalarda yeni, müasir liftlərin quraşdırılması və dam örtüklərinin dəyişdirilməsi ilə əlaqədardır:

"Bizim balansımızda 114 yaşayış binası var. Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə 9 mərtəbəli yaşayış binalarının istifadə müddətini başa vuran liftləri yenisi ilə əvəzlənir, 5 mərtəbəli yaşayış binalarının isə dam örtükləri təzələnir. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Nizami rayonu üzrə ümumilikdə 146 liftin dəyişdirilməsi planlaşdırılıb ki, onlardan 114-ü bizim Birliyin balansındakı binalarda quraşdırılacaq".



R.Abdullayev bildirib ki, binaların damındakı su çənlərinin əksəriyyəti lift şaxtalarının üzərində yerləşdirilib:

"Rayon ərazisində bütün binalara 24 saat içməli su verilir. Ona görə də su çənlərinə ehtiyac yoxdur. Bu çənlər istifadəsiz qaldığından yararsız vəziyyətə düşür və nəticədə su liftlərin mühərrik yerinə, qapılarına tökülür. Bu da həmin liftlərin tez sıradan çıxmasına səbəb olur".

Birlik sədri qeyd edib ki, binalarda liftlərin və dam örtüklərinin il ərzində dəyişdirilməsi nəzərdə tutulur.
















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 645 07.01.19 17:55