Hesabından pul oğurlanan üç yaşlı Aylinin anası danışdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |     20:46 Britaniya səfirliyi Gürcüstan vətəndaşlarına viza verilməsini dayandırıb  |     20:28 Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var  |     20:21 Həbsdə olan vəkil Sümbülə Əliyeva hakimə etiraz edib  |     20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |    

Hesabından pul oğurlanan üç yaşlı Aylinin anası danışdı - VİDEO

Rahilə Dadaşovanın üç yaşlı qızı Aylin Dadaşova leykoz xəstəliyindən əziyyət çəkir. Atası olmadığı üçün azyaşlının müalicəsinə dəstək məqsədilə hesab açılıb və beş min manat məbləğində pul yığılıb.

Bir neçə gün öncə Moskvadan olan azərbaycanlı şəxs azyaşlıya kömək edəcəyini, lazım olan bütün vəsaiti ödəyəcəyini deyib.

Naməlum şəxs uşağın dayısı Rahil Cəfərova mesaj yazaraq hesab nömrəsi istəyib və 50 min manat köçürəcəyini deyib.

Uşağın dayısı həmin şəxsə kartın nömrəsini, Aylinin xəstəlik kağızlarını, anasının şəxsiyyət vəsiqəsini və başqa sənədlərin fotosunu göndərib.

Bütün hadisələr isə elə bundan sonra başlayıb. Hesabda olan digər pullar da kartdan yoxa çıxıb.

İndi ailənin tək istəyi neçə vaxtdır əziyyətlə yığılan pulların geri qaytarılması və övladının müalicəsi üçün yardım göstərilməsidir.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 545 04.01.19 16:10