Median.Az xəbər verir ki, Nərimanov RPİ-nin 18-ci polis şöbəsinə müraciət edən 2 paytaxt sakini dekabrın 17-i saat 20 radələrində F.X.Xoyski küçəsində, naməlum şəxslərin onları xəncərlə hədələyərək 130 manat pullarını aldıqlarını bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Babək rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əliyev və Biləsuvar rayon sakini Samir Muradov saxlanılıblar.
Nərimanov RPİ İstintaq şöbəsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.