Azərbaycanda vəzifəli şəxsin nişanlı oğlu faciəvi şəkildə öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Azərbaycanda vəzifəli şəxsin nişanlı oğlu faciəvi şəkildə öldü

Dünən Neftçala rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Saat 18:15-də Salyan-Neftçala yolunun 37-ci kilometrliyində 03.08.1984-cü il təvəllüdlü Qurbanov Vasif Vaqif oğlunun idarə etdiyi "VAZ 21214” markalı, 90 SD 432 nömrə nişanlı avtomobil, Bağəli Şirinovun sürdüyü "T-28” markalı traktorun qoşqusuna çırpılıb. Daha sonra avtomobil idarəetmədən çıxaraq "Kredit Evi” kredit təşkilatının Neftçala filialının kredit mütəxəssisi Ələkbərov Şahmar Vahid oğlunun sürdüyü 47 BD 441 nömrə nişanlı, "Mitsubishi Pajero İO” markalı digər minik maşınına çırpılıb. Nəticədə Vasif Qurbanov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Məlumata görə, hadisə Xıllı kəndi ərazisində Şahmar Ələkbərov işdən evə gedərkən baş verib. Qəzada ölən 34 yaşlı Vasif nişanlı olub və bu həftə nişan mərasimi baş tutacaqmış. O, "Aqrolizinq”in Neftçala rayon bölməsinin müdiri Vaqif Qurbanovun oğludur.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

////Publika.az


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 236 05.12.18 18:13