Avropa çempionumuz niyə Azərbaycan çempionatında iştirak etməyib? - SƏBƏB » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Avropa çempionumuz niyə Azərbaycan çempionatında iştirak etməyib? - SƏBƏB

Xəbər verdiyimiz kimi, cüdo üzrə Azərbaycan çempionatı dünən başa çatıb.

Aparıcı milli üzvlərimizdən Kəramət Hüseynov (-60 kq), Hidayət Heydərov (-73 kq), Zelim Kotsoyev (-100 kq) və İrina Kindzerskaya (+78 kq) bu yarışda iştirak etməyib.

Bunun səbəbini öyrənmək üçün Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu ilə əlaqə saxladıq. O, bu idmançıların iştirak etməmə səbəblərini belə əlaqələndirdi:

“Zelim Kotsoyevin səhhətində problem vardı. Kəramət Hüseynov, eləcə də, Tofiq Məmmədov gənclərin dünya çempionatından zədəlidirlər. İrina və Hidayətə gəlincə, onlarda heç bir problem yox idi. Sadəcə olaraq, dekabrın 15-dən 16-dək Çinin Quançjou şəhərində nüfuzlu Masters turniri olacaq. Orada 43 ölkədən 207 cüdoçu iştirak edəcək. Hər iki idmançımız o turnirə dəvət alıb. Onları mümkün zədədən qorumaq üçün yığma məşqçiləri qərar verdilər ki, Respublika çempionatında güləşməsinlər”.

Qeyd edək ki, mötəbər turnirdə iştirak edəcək idmançılarımızdan Qazaxıstan doğumlu Hidayət Heydərov böyüklərdə Avropa çempionu və dünya üçüncüsüdür. Ukraynalı legionerimiz İrina Kindzerskaya isə ötən il dünya üçünçüsü olub.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 959 22.11.18 16:01