Bakıda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |    

Bakıda avtomobillərdən oğurluq edən 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, daxil olan müraciətlər əsasında Binəqədi RPİ-nin 5-ci polis bölməsi və DİN Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, noyabrın 14-nə keçən gecə rayon ərazisində “Hyundai”, “Mercedes” və “Baic” markalı avtomobillərdən mobil telefonlar, içərisində pul, sənədlər olan çanta və pulqabı oğurlayan, həmçinin “Nissan” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərən Bakı şəhər sakini Rəsul Ağazadə saxlanılıb.

Bundan başqa, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıxanov qəsəbəsi ərazisindəki avtoyuma məntəqəsində,
qəsəbə sakini R.Paşayevin mobil telefonunu, həmçinin şirkətlərin birinə məxsus “Hyundai” markalı avtomobildən mobil telefon və planşet oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Mahmudov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə - heroin aşkar edilib.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 717 16.11.18 17:47