Nəsimi rayonunda nəvə nənəsini öldürüb və evi yandırıb » Median.Az News Agency

Nəsimi rayonunda nəvə nənəsini öldürüb və evi yandırıb
Median.Az xəbər verir ki, noyabrın 6-da Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30-da söndürüldükdən sonra, həmin evdə yaşamış Tamilla Axundovanın (1941-ci il təv.) üzərində bıçaq xəsarəti olan yanmış meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər aparılıb.

Keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin T.Axundovanın nəvəsi Eldar Əfəndiyev (1994-cü il təv.) tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




601 08.11.18 16:46