"Azərsu" rəsmisi: "Bu məsələlərə mən yox, Anar Nəcəfli cavab verməlidir" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

"Azərsu" rəsmisi: "Bu məsələlərə mən yox, Anar Nəcəfli cavab verməlidir"

Gecə saatlarından etibarən yağan yağış paytaxtın bəzi yerlərində fəsadlara yol açıb. Belə ki, Əhməd Rəcəbli və Füzuli küçələrində su yığılmaları müşahidə olunub.

"Azərsu" ASC-nin mətbuat xidmətinin təhbəri Anar Cəbrayılov məsələyə aydınlıq gətirib.

Median.Az xəbər verir ki, qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında bildirib ki, güclü yağış əsasən şəhərin mərkəzində müşahiə olunub və gecə saatlarından etibarən "Azərsu"nun bütün briqadaları ərazilərə cəlb olunub:

"Paytaxtın Nizami, Xətai, Sabunçu, Suraxanı rayonlarına çox az yağıntı düşüb, şəhərin şimal hissələrinə, Binəqədiyə, Novxanı tərəfə demək olar ki, yağış yağmayıb. Güclü yağış əsasən mərkəz tərəflərdə müşahidə olunub. Gecə saat 5-dən bizim bütün briqadalarımız, su kanal idarələrinin rəisləri ərazilərdə olublar. Demək olar ki, hər şey qaydasındadır.

Elə yollar var ki, yağış barmaqlıqları yoxdur. Əgər elədirsə, buna mən yox, Anar Nəcəfli (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi) cavab verməlidir. Yağış baramaqlıqları varsa, infrastruktur qurulubsa, başqa məsələ.

Məsələn, Əhməd Rəcəbli küçəsində Şəki restoranından Ziya Bünyadov prospektinə qədər olan hissədə yağış barmaqlıqları yoxdur. Həmçinin subasma olan ərazilərdən biri də Füzuli küçəsidir. Park salınanda yağış barmaqlıqları ləğv olunub. Əlavə barmaqlıqlar qoyulub, lakin kifayət qədər deyil. Həmin əraziyə əlavə yağış barmaqlıqlarının quraşdırılması ilə bağlı təklif vermişik".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 078 08.11.18 13:27