Fədayə Laçın 6 illik cəzaya etiraz etdi - "Hepatitdən əziyyət çəkir" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:46 Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...  |     22:24 Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO  |     21:41 32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO  |     21:34 Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər  |     21:26 Rusiyada sərnişin avtobusu çaya düşüb, iki nəfər ölüb, beşi yaralanıb  |     21:18 BMT Baş Assambleyası fələstinlilərin təşkilata üzv olmaq hüququnu tanıyan qətnamə qəbul etdi  |     20:44 Qazaxda təbii fəlakət fəsadlar törədib  |     20:42 Belarus Baş Qərargahının rəhbəri işdən çıxarıldı  |     20:14 Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi - VİDEO  |     20:03 Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı  |     19:51 “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq  |     19:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO  |     19:30 Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA  |     18:32 Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK  |     18:10 Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  |     18:05 Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər  |     17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |    

Fədayə Laçın 6 illik cəzaya etiraz etdi - "Hepatitdən əziyyət çəkir"

Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın dövlət ittihamçısının istədiyi cəza ilə razı deyil.

Median.Az
xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Nürəngiz Qarayeva deyib.

Vəkil bildirib ki, F.Laçının səhhətində problemlər qalmaqdadır: "Hepatit xəstəliyindən əziyyət çəkir, təcridxana şəraitində müalicəsi davam etdirilir. Dövlət ittihamçısı ötən məhkəmə prosesində ona 6 il cəza istədi. Fədayə bu cəza ilə razı deyil.

Prokuror onun ittiham olunduğu maddənin maksimum cəza müddətini istədi. Fədayənin ittiham olunduğu maddəyə görə ona 2 ildən 6 ilə qədər cəza nəzərdə tutulub. Bu o demək deyil ki, nəzərdə tutulan maddəyə görə ən ağır cəza verilməlidir. Prokuror iki ildən 6 ilə qədər cəzanı istəyə bilərdi, amma o heç nəyi nəzərə almadan birbaşa ən ağır - 6 il cəzanı istədi. Fədayə də bu cəza ilə razı deyil".

N.Qarayeva bildirib ki, növbəti məhkəmədə təqsirləndirilən şəxslər və onların vəkillərinin müdafiə çıxışları olacaq.

Vəkil qeyd edib ki, F.Laçının saxlanma şəraitindən heç bir şikayəti yoxdur: "Saxlanma şəraiti yüksək səviyyədədir, heç bir şikayəti yoxdur. Görüşmək istəyəndə müraciət edirik və görüş təşkil edilir".

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, "Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir, 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, Penitensiar Xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 105 07.11.18 18:18