Sumqayıtda avtomobil oğurlayan dəstə zərərsizləşdirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Dünyanın ən çətin dilləri: İlk 5-lik  |     22:54 Coni Rusiyada daha bir mükafat aldı - FOTOlar  |     22:46 Yeni Kaledoniyada səsvermə hüquqlarının pozulması fonunda komendant saatı tətbiq edilib  |     22:38 Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub  |     22:30 Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı  |     22:22 Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır  |     22:16 Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI  |     22:08 Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB  |     22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |     21:38 Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR  |     21:30 Pakistanda yaşayış binasında partlayış: Ölənlər var  |     21:23 Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb  |     21:16 Əli Əsədov İqor Petrişenko ilə görüşdü  |     21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |    

Sumqayıtda avtomobil oğurlayan dəstə zərərsizləşdirilib

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Yunis İmanov, Cəlal Əliheydərov, Cəlilabad rayon sakini Rafiq Nağıyev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Y.İmanov və R.Nağıyev Sumqayıt şəhəri ərazisindən "VAZ" və "Tofaş" markalı 6 avtomobil oğurlayıblar. Nəqliyyat vasitələrini C.Əliheydərovun Biləcəri qəsəbəsində yerləşən evinin həyətinə gətiriblər. Burada, sonuncu maşınların ban nömrələrini dəyişib, bəzi avtomobillər isə sökülərək ehtiyat hissələri halında satılıb.
Onun həyətinə baxış zamanı ehtiyat hissələri, qeydiyyat nişanları, həmçinin qaçırılan bir neçə avtomobil aşkar edilib.

Polis əməkdaşları tərəfindən oğurluq avtomobilləri alan, Bakı şəhər sakini sakinləri Mahmud Həsənov və C.Əliheydərovun kürəkəni Füzuli Rəcəbov da saxlanılaraq, məsuliyyətə cəlb ediliblər.

F.Rəcəbovdan 0,604 qram narkotik vasitə olan мetamfetamin, küstar üsulla hazırlanan bıçaq və göz yaşardıcı qaz balonu götürülüb.

Sumqayıt ŞPİ İstintaq Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdrilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 141 07.11.18 17:14