Azərbaycanda qəribə hadisə: məktəb var, müəllim yox - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Azərbaycanda qəribə hadisə: məktəb var, müəllim yox - VİDEO

Məktəb var, müəllim yox. Söhbət İmişli rayonu, Allahmədətli kənd orta məktəbindən gedir.

Median.Az
-ın Xəzər TV-yə istinadən məlumatına görə, bir neçə il əvvəl Kür çayının daşması nəticəsində rayonun ziyan görən kəndlərindən biri də Allahmədətli kəndi olub.

Ona görə kənddən bir neçə kilometr aralıda yeni qəsəbə salınıb və kənd sakinləri, eləcə də məktəb yeni qəsəbəyə köçürülüb.

Kənddə yaşayan ailələr isə yeni qəsəbənin uzaq olduğunu bildirərək övladlarının təhsil alması üçün kənddəki köhnə məktəbin yenidən fəaliyyətə başlamasını istəyirlər.

Rayon Təhsil Şöbəsindən bildiriblər ki, Allahmədətli kəndi 2010-cu il Kür daşqınları zamanı su altında qaldığından, həmin kənddən 8 kilometr aralıda yeni qəsəbə salınıb.

Burada ictimai-iaşə obyektləri ilə yanaşı, müasir standartlara cavab verən yeni məktəb binası da tikilib.

Yeni bina istifadəyə verildiyindən köhnə məktəbin fəaliyyəti dayandırılıb. O ki qaldı köhnə məktəbin müəllimlə təmin olunmasına, təhsil şöbəsindən bildirilib ki, orda olan uşaqların hər biri fərqli siniflərdə oxuyur və onların sayı ümumilikdə 8-10 nəfər təşkil edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 603 01.11.18 12:42