Noyabr ayına olan hava proqnozu » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:26 ABŞ kəşfiyyatının rəhbərinin İsrailə səfər edəcəyi gözlənilir  |     19:14 Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb  |     19:05 Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış  |     19:04 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək  |     18:49 Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?  |     18:37 Nərimanovdakı bazarda bəzi məhsulların satışına məhdudiyyət qoyuldu  |     18:24 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:14 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:01 Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı  |     17:45 Zaxarovadan Rusiya hərbi attaşesini ölkədən çıxaran Britaniyaya reaksiya: “Adekvat cavab veriləcək”  |     17:37 "Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldıldı  |     17:30 AQTA Zaqatalada zəhərlənmənin səbəbini açıqladı  |     17:23 Ukrayna məhkumları döyüşə göndərir  |     17:03 Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir  |     16:41 Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - FOTO/VİDEO  |     16:35 Rayonlarda leysan olacaq  |     16:19 Azərbaycanda bank kartlarında problem yarandı  |     16:08 Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:48 Erməni kilsəsi - daşnakların bütün bəlalarının mənbəyi - VİDEO  |     15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |    

Noyabr ayına olan hava proqnozu

Noyabr ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur.

Noyabr ayının birinci ongünlüyünün birinci yarısında hava şəraitinin nisbətən mülayim keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-13 dərəcə isti (gecələr 8-13, gündüzlər 15-20, üçüncü ongünlüyün bəzi günlərində 8-11 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 6-9 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 15-20, bəzi günlərdə 6-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 18-28 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 1-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 5-10, gündüzlər 15-20, bəzi günlərdə 7-11 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (15-24 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 8-11 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 0-5, dağlarda 7-12 dərəcə şaxta, gündüzlər 15-20, bəzi günlərdə 7-12 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-73 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 10-13 dərəcə isti (gecələr 8-13, bəzi günlərdə 0-4 gündüzlər 17-22, bəzi günlərdə 8-13 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-45 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-13 dərəcə isti (gecələr 7-12, bəzi günlərdə 2-5 dərəcə isti, dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüzlər 17-22, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm) olacağı gözlənilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 563 31.10.18 17:36