Bu Azərbaycan universitetlərinin diplomları Türkiyədə tanınmır – Diqqətli olun » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Bu Azərbaycan universitetlərinin diplomları Türkiyədə tanınmır – Diqqətli olun

Azərbaycan universitetlərində oxuyub, Türkiyədə təhsilini davam etdirmək istəyən bəzi gənclərin diplomları  tanınmır.
Xarici diplomların tanınması ilə bağlı Türkiyə Yüksək Öğretim Kurulunda (Türkiyə Ali Təhsil Şurası) xüsusi şöbə var.

Bildirək ki,xarici ölkələrdə təhsil alan Türkiyə vətəndaşları, yaxud Türkiyədə diplomundan istifadə etmək istəyən əcnəbi vətəndaşlar,əvvəlcə həmin şöbənin saytına müraciət edirlər.
Tələb olunan sənədləri təqdim edərək YÖK-ün aiddiyatı departamentindən uyğunluq kağızı alırlar. YÖK-ün aidiyyatı şöbəsi müraciət olunan vətəndaşın sənədləri ilə bağlı özlərinin qəbul etdiyi qərarın əsasını uyğun fakültəyə göndərir.


Bəs, hansı Azərbaycan universitetlərinin diplomları Türkiyədə tanınmır?

Xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu AzEdu.az-a açıqlaması zamanı bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Bakı Mühəndislik və Azərbaycan Müəllimlər İnstitutunun diplomları Türkiyədə tanınmır:
"Həmin universitetlərin bakalavr pilləsini bitirənlər Türkiyədə magistr təhsili ala bilmir. Türkiyə Yüksək ÖğretimKurulunun (Türkiyə Ali Təhsil Şurası) siyahısında bu universitetlər yer almır.
Bundan başqa bəzi ixtisaslarda kredit sayları Türkiyədəki standartlara cavab vermədiyi halda da diplomlar tanınmır. Burada əsas məsələ digər ölkələrdəki akademik saatların Türkiyədəki mövcud  qaydalara uyğun gəlməsidir.
Bu haqda GlobalKariyera İnstitutunun direktoru Orxan Həsənoğlu da məlumat vermişdi.
"Azərbaycan Dövlət Tibb Universitetinin elə ixtisasları var ki, onları Türkiyə Ali Təhsil Şurası təsdiq etmir. Bu da akademik saatların, kredit sayının Türkiyə standartlarına cavab verməməsindən qaynaqlanır. Azərbaycan ali məktəblərindən Tibb Universiteti xaric olmaqla, akademik saatların və kreditlərin uyğun gəldiyi bütün diplomlar Türkiyə Cümhuriyyəti tərəfindən tanınır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 998 18.10.18 17:20