Bakının mərkəzində yol sürüşdü - 3 metrlik yarğan yarandı (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |     16:15 Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI  |     15:56 Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat  |     15:40 Ermənistanın Azərbaycanla sərhəddəki kəndində torpaq sürüşməsi baş verib  |     15:27 Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO  |     15:21 Yasamalda əməliyyat: Saxlanılanlar var - VİDEO  |     15:09 Almaniya Rusiyadakı səfirini geri çağırıb  |     14:52 Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var  |     14:51 Mayın 8-də geomaqnit qasırğası gözlənilir  |     14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |     14:22 ABŞ səfiri Şuşaya gedib  |     13:52 Ağdərədə sümük fraqmentləri aşkarlanıb  |     13:51 Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik  |     13:28 Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |    

Bakının mərkəzində yol sürüşdü - 3 metrlik yarğan yarandı (VİDEO)

Səməd Vurğun küçəsində yolun kənarında sürüşmə qeydə alınıb.

Tikinti aparılan binanın qarşısındakı yol aralanıb.

Hadisə ilə bağlı "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə açıqlama verib.

AAYDA rəsmisi qeyd edib ki, sözügedən ərazidə pilot layihə çərçivəsində bina tikilir:

"Həmin binanın tikintisi aparılan ərazi hasarlanıb və qazıntı işləri aparılır. Qazıntı işləri aparılarkən heç bir təhlükəsizlik tədbirləri görülməyib. Nəticədə də yağış yağdıqdan sonra yolun bir hissəsində sürüşmə qeydə alınıb. 3 metr enində, 2,5 metr dərinliyində yol aralanıb və yolun kənarındakı bardürlər dağılıb.

Hazırda dəymiş ziyan araşdırılır. Tikinti şirkəti yoldakı dayanıqlığı yoxlamalı idi. Təhlükəsizlik tədbirləri görülmədən birbaşa qazıntı işləri aparılıb ki, bu da sonda yağışdan sonra yolun sürüşməsinə səbəb olub".

AAYDA rəsmisi qeyd edib ki, tikinti şirkəti tərəfindən yola dəyən ziyanın ödənilməsi istiqmətində addımlar atılacaq: "Şirkətin hesabında yolun təmiri təmin olunacaq".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 441 17.10.18 13:33