Bakıda avtobus sürücüsü qəza törətdi: ölən var » Median.Az News Agency

Bakıda avtobus sürücüsü qəza törətdi: ölən var
Bakıda sərnişin avtobusunun qəza törətməsi nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 12-də, saat 22:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Şaməddin Cəfərov idarə etdiyi “Daewoo” markalı, 208 saylı xətt avtobusunu qarşıda gedən paytaxt sakini Vüqar Eyyubovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub.

Nəticədə “Man” markalı avtomobilin arxa hissəsində olan fəhlə Eldar Bayramov hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




791 13.10.18 14:13