Yumruq zərbələri ilə qohumunu öldürən "Kürd Vüqar"a hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Yumruq zərbələri ilə qohumunu öldürən "Kürd Vüqar"a hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Vüqar Hüseynovun CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, hadisə bu il yanvarın 15-də Abşeron rayon Saray qəsəbəsində baş verib. Belə ki, Vüqar Hüseynovun qızı və nəvəsi avtomobil qəzasına düşərək, hər ikisi keçinib.
Bununla əlaqədar yas mərasimi keçirilib. Mərasim başa çatandan sonra Vüqar qohumu Muğam Şakirova niyə gəlməməsi ilə bağlı irad bildirəndə, sonuncu mərhumları təhqir edib. Bundan qəzəblənən Hüseynov Şakirova yumruqla baş nahiyəsinə zərbələr vurub. Nəticədə sonuncu aldığı zərbələrdən huşunu itirib və ayın 17-də ağır dərəcəli kəllə-beyin travmasından Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.

Araşdırmaya başlayan Abşeron RPİ-nin əməkdaşları "Kürd Vüqar" ləqəbli V.Hüseynovu saxlayaraq, istintaqa təqdim ediblər.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 456 09.10.18 16:10