Evlənmək istəyənlərdə QİÇS aşkarlandı » Median.Az News Agency

Evlənmək istəyənlərdə QİÇS aşkarlandı
Sentyabrda nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 23 nəfərdə sifilis, səkkiz nəfərdə isə QİÇS aşkar edilib.

Bunu oxu.az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Direktor bildirib ki, ötən ay ərzində ümumilikdə 10 min 237 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“292 nəfərdə, iki cütlüyün isə hər ikisində talassemiya daşıyıcısı aşkarlanıb”.

Direktor qeyd edib ki, 2015-ci il iyun ayının 1-dən bu günə kimi 467 min 659 nəfər nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi həyata keçirilib:

“17 min 139 nəfərdə talassemiya daşıyıcısı,1598 nəfərdə sifilis, 395 nəfərdə isə QİÇS aşkar edilib. 173 cütlüyün hər ikisində talassemiya aşkarlanıb”.

Qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.
скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




689 08.10.18 13:19