Türkiyə polisi Mersində kirayə evlərdən birində əməliyyat keçirib.
Median.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, əməliyyat zamanı fahişəliklə məşğul olan iki azərbaycanlı qadın saxlanılıb.
Onlar çıxarıldıqları məhkəmədə həbs cəzası alıb.
Məlumatlarda həmin qadınların 150 lirə qarşılığında kişilərlə görüşdüyü bildirilib. Bundan başqa, fahişəliyə məcbur edilən daha iki azərbaycanlı qadın isə dindirildikdən sonra Xarici İşlər İdarəsinə göndərilib.