Stiven Siqal Rusiyada qubernator olmaq istəyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Stiven Siqal Rusiyada qubernator olmaq istəyir

Rusiya vətəndaşlığına sahib olan Hollivud aktyoru Stiven Siqal Primorsk vilayətinin qubernatoru olmaq istəyir.

Median.Az
“İnterfaks”a istinadla xəbər verir ki, o, bununla bağlı jurnalistlərə açıqlama verib.

“Mənim ata tərəfdən ulu babalarım buralıdır. Mən hər dəfə Primorsk diyarını tanımaq, daha çox şey görmək və sizin qubernatorunuz olmaq istərdim”, - o bildirib.

Aktyorun bəyanatı zalda alqışla qarşılanıb.

Bu ilin avqustunda Rusiya Xarici İşlər Nazirliyi Stiven Siqalı işə götürüb. O, pulsuz əsaslarla mədəniyyət, incəsənət, elm, təhsil və idman sahəsində layihələrlə məşğul olacaq. Bundan başqa, həmin ay aktyor Rusiyada fərdi sahibkar kimi qeydiyyatdan keçib.

Siqal Rusiya vətəndaşlığını 2016-cı ilin noyabrında alıb. Pasportu ona şəxsən prezident Vladimir Putin təqdim edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 364 26.09.18 12:29