Valideynlər övladlarını məktəblərə qoya bilmir – ŞİKAYƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Valideynlər övladlarını məktəblərə qoya bilmir – ŞİKAYƏT

Yeni tədris ili başlasa da, bəzi valideynlər övladlarını təhsil müəssisələrinə yerləşdirə bilmirlər.

Bu barədə oxu.az-ın redaksiyasına valideynlər şikayət ünvanlayıblar.

Onlar bildirib ki, məktəbəqədər bir illik hazırlıq qruplarına uşaqların cəlb edilməsi və üzrlü səbəblərdən birinci sinfə qəbulla bağlı müddət uzadılsa da, onlar uşaqlarının məktəblərə yerləşdirilməsinə nail olmayıblar.

Şikayətçi valideyn Xalid Nemətzadənin sözlərinə görə, övladının rus bölməsində təhsil almasını istəsə də, buna icazə verilmir:

“Mən Qobu qəsəbəsində yaşayıram. Lökbatan yaxın olduğu üçün övladımın orada rus bölməsi üzrə təhsil almasını istəyirəm. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirdilər ki, uşağın Lökbatanda rus bölməsi üzrə təhsil alması mümkün deyil. Qobuda Azərbaycan bölməsi üzrə təhsil almalıdır”.

Valideynlər iddia edir ki, Bakı Şəhər üzrə Təhsil İdarəsinin əməkdaşları onların müraciətinə cavab vermir:

“Qəbul şöbəsində iki-üç nəfər oturub, amma şikayətlərə baxılmır. İdarənin “Qaynar xət”lərinə düşmək mümkün deyil. 200-300 valideyn xahiş edir ki, övladı məktəbəqədər və birinci sinifdə təhsil alsın. Amma şikayətə baxılmır. Bir işçi on nəfəri qəbul edir”.

Məsələni diqqətdə saxlayacağıq. Şikayət barədə rəsmi məlumat almaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərilib.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri 2018-2019-cu tədris ili üçün I sinfə şagird qəbulunun müddətini uzadıb.

Uşaqların elektron qeydiyyatı valideyn tərəfindən üzrlü səbəb göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə sentyabrın 17-dən oktyabrın 15-dək aparıla bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 539 19.09.18 14:13