Məktəblərdə dərsliklər çatışmır - PROBLEM » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Məktəblərdə dərsliklər çatışmır - PROBLEM

Azərbaycanda yeni tədris ilinin başlanması ilə problemlər də özünü büruzə verməyə başlayıb. Belə ki, bəzi məktəblərdə dərsliklərin çatışmaması ilə bağlı şikayətlər səslənir.

Təhsil eksperti Elvin Bədirov oxu.az-a bildirib ki, hər il dərslər başlayanda dərsliklərlə bağlı problemlər yaşanır:

“Təhsil Nazirliyi cari ildə təhsil alan şagirdlərin sayı qədər dərsliklər nəşr etdirir, amma məktəblərdə kitabların paylanmasında problemlər həll edilmir. Çünki kitablar cırılır, yenisi ilə əvəzlənmir və uşaqlar ondan istifadə edə bilmirlər.

Buna görə hər il dərs başlayanda dərsliklərlə bağlı problem yaşanır. Rayonlarda bu problem daha çoxdur. Nazirlik tərəfindən məktəblərə verilən kitabların paylanmasında problem olmazsa, sıxıntı yaranmaz”.
Ekspertin sözlərinə görə, hər il Təhsil Nazirliyi mövcud şagird sayını nəzərə alaraq, kitab nəşr edirlər:

“Eyni zamanda, köhnəlmiş kitabların yerinə 20 faiz əlavə nəşr buraxılır. Kitabxanalardan qanunsuz yolla başqa abituriyentlərin istifadəsi üçün kitablar verilir ki, bu da çətinlik yaradır. Çıxış yolu dərsliklərin məktəblərdən kənara çıxarılmamasıdır. Məktəblərə göndərilən kitablara xüsusi nəzarət olmalı, nazirlik tərəfindən daha çox kitab çap edilməlidir”.

Sorğumuza cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, ümumtəhsil məktəblərinə dərsliklər onların cari ildəki tələbatına əsasən çatdırılıb:

“Dərslik çatışmazlığı bəzi rayonlarda əhalinin miqrasiyası səbəbindən şagirdlərin artımı baş verəndə müşahidə oluna bilir. Bunun da qarşısının alınması məqsədilə KİV və sosial şəbəkələrdə dəfələrlə şagird və valideynlərə (yaxud onların qanuni nümayəndələrinə) sentyabrın 3-dən məktəblərə gedib dərslikləri əldə etmələri barədə müraciətlər edilib.

Məktəbini dəyişən uşaqlar təhsil alacaqları məktəblərə nə qədər tez müraciət edib dərsliklərini əldə etsələr, yarana biləcək dərslik çatışmazlığı bir o qədər tez həll olunar”.

Məlumatda qeyd edilib ki, ki, bu cür hal baş verdikdə dərhal Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət etmək lazımdır:

“Dərslik çatışmazlığını operativ aradan qaldırmaq məqsədilə cari ildə həmin mərkəzlərə əlavə dərsliklər ayrılıb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 430 19.09.18 12:41