Milli Məclisdə böyük toplantı olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Milli Məclisdə böyük toplantı olacaq

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin, Azərbaycan parlamentarizminin yaranmasınının 100 illiyi ilə bağlı sentyabrın 21-də keçiriləcək xüsusi və təntənəli iclasa parlament sədrləri, müavinləri səviyyəsində qatılacaq ölkələrin adları məlum olub.

Oxu.az-ın Milli Məclisdən (MM) əldə etdiyi məlumata görə, 40-dan artıq ölkənin və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin qatılacağı xüsusi və təntənəli iclasda Türkiyə, Səudiyyə Ərəbistanı, Gürcüstan, Əfqanıstan, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina, Bolqarıstan, Cibuti, İndoneziya, Pakistan parlament sədrləri səviyyəsində təmsil olunacaq.

Bildirilib ki, başqa bir neçə ölkə də var ki, onların sədr səviyyəsində tədbirə qatılması gözlənilir.

Qeyd olunub ki, xüsusi və təntənəli iclasa Rusiyanın, İranın, Macarıstanın, Polşanın, Serbiyanın, Monteneqronun, Çexiyanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Vyetnamın parlament sədrlərinin müavinləri qatılacaq.

Bununla yanaşı, təntənəli iclasa ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamenti, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının nümayəndələri iştirak edəcək.

“Bu, çox mühüm və olduqca vacib tədbirdir. Tək Azərbaycan parlamentinin deyil, həm də Azərbaycan dövlətinin adı ilə bağlı olan bir məsələ və tarixi hadisədir.

Ona görə tədbirin çox yüksək və möhtəşəm səviyyədə baş tutması üçün hər bir addım atılır, hər şey yüz dəfə ölçülüb-biçilir, adi bir məqam, bir detal belə nəzərdən qaçırılmır”, - deyə MM-dən bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 023 19.09.18 12:32