Bakıda qadın müştərinin yanında cinsi orqanını çıxaran sürücü haqqında qərar verildi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Bakıda qadın müştərinin yanında cinsi orqanını çıxaran sürücü haqqında qərar verildi - VİDEO

Bu ayın əvvəlində Bakıda taksi sürücüsünün əxlaqsızlığa yol verdiyi barədə məlumat dərc etdik. O, avtomobili idarə edən zaman cinsi orqanını çıxararaq əli ilə seksual xarakterli hərəkətlər etmişdi.

Sürücünün yanında əyləşən qadın sərnişin bunu mobil telefonu vasitəsilə lentə alaraq ictimailəşdirdi. Sözü gedən xəbər insanlar tərəfindən qəzəblə qarşılandı və onun qısa zamanda cəzalandırılmasını tələb etdi. Qadın sərnişinin sürücünün necə çəkdiyi cəmiyyətdə sual doğursa bu cavabsız qalmayıb.

Belə ki, o, sükan arxasında əyləşən şəxsin hərəkətlərinin fərqinə vardığı zaman maşını saxlatdıraraq oradan qaçmaq istəyib, amma baş verənləri isbat edə bilməyəcəyini düşünüb. Həmin sürücünün əməlini telefonu ilə videoya çəkməyə başlayıb. Daha sonra həmin görüntülərlə eyni zamanda Xırdalan şəhər polis idarəsinə müraciət edib.

Median.Az xəbər verir ki, minval.info həmin gün məsələ ilə bağlı Xırdalan şəhər polis idarəsi ilə əlaqə saxlayıb. İdarədən verilən məlumata görə, hadisə ilə bağlı onlara həqiqətən də şikayət daxil olub: "Hazırda bu şəxsin kimliyini araşdırırıq. Ən qısa zamanda nəticə ilə bağlı sizə məlumat verəcəyik”.

Əldə etdiyimiz məlumata görə, taksi sürücüsü saxlanıldıqdan bir müddət sonra sərbəst buraxılıb. Bununla əlaqədar Abşeron Rayon Polis İdarəsinə zəng vurduq. Dəfələrlə sürücü barədə informasiya almağa çalışsaq da cəhdlərimiz boşa çıxdı. İşin hansı yerdə olduğu barədə məlumat verə bilməyəcəklərini söylədilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 595 18.09.18 18:29