Qanunsuz tikili hansı halda və necə sökülə bilər? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Qanunsuz tikili hansı halda və necə sökülə bilər?

Məlumatsız vətəndaş düşünmədən əlindəki son pulunu belə, verərək, ev sahibi olmağa çalışır

Son günlər Bakı meriyası qanunsuz tikililərin sökülməsi prosesinə start verib. Belə ki, sonuncu dəfə Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki zeytunluq adlanan ərazidə, Heydər Məscidinin ətrafındakı qanunsuz tikililər sökülüb.

Etiraf edək ki, qanunsuz tikinti tikilinin icazəsiz olaraq tikilməsi demək deyil. Hamıya məlumdur ki, bəzi nəzarətedici qurumlar vətəndaşların sənədi olmasa belə, onlara müəyyən şərtlərlə tikinti aparmağa icazə verir. Həmin tikililər söküldükdə isə zərər ancaq vətəndaşa dəyir. Məsələn, Binəqədi rayon ərazisində "neftin torpağı" deyilən və SOCAR-ın balansında olan torpaqlarda işbazlar tərəfindən fərdi evlər tikilib, "bələdiyyə sənədi" ilə vətəndaşlara münasib qiymətə satılır. Məlumatsız vətəndaş düşünmədən əlindəki son pulunu belə, verərək, ev sahibi olmağa çalışır. Amma sonda olan yenə vətəndaşa olur. Həm pulu “batır”, həm də ev sahibi olmaq arzusu “gözündə qalır”.

İndi vətəndaşlar üçün maraqlıdır ki, qanunsuz tikililər hansı halda sökülə bilər? Ümumiyyətlə, müvafiq qurum hansı qərarla qanunsuz tikilini sökə bilər?

Sputnik Azərbaycan müxtəlif sahədən olan ekspertlərlə vətəndaşları narahat edən bu suallara cavab tapmağa çalışdı.

Sualımıza ilk olaraq münasibət bildirən "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, vətəndaşın mülkiyyətində olan əmlakın məhvi yalnız məhkəmə qərarı və yaxud özünün istəyi ilə ola bilər. Vətəndaş icazəsiz tiksə belə, onun həmin əmlak üzərində sahiblik hüququ var: "Mənim fikrimcə, bütün qanunsuz tikililər hansısa bir sənəd əsasında sökülməlidir. Məsələn, Nazirlər Kabinetinin ərazi üzrə bir qərarı və ya məhkəmə qərarı olmalıdır. Vətəndaş mənzil tikibsə, orada yaşayırsa, artıq bu zaman vətəndaşın həmin əmlak üzərində hüququ yaranır”.

“Vətəndaş 30 il və ya 30 ildən artıq qanunsuz tikilən mənzildə yaşayırsa, artıq vətəndaşın həmin əmlaka hüququ yaranır. Hər hansı bir səhv sənədlə, yəni sənədin səhv olduğunu özü də bilmirsə, həmin mənzildə 10 ildən artıq yaşayırsa, artıq vətəndaşın həmin mənzil üzərində hüququ əmələ gəlir. Bütün bunlar Mülki Məcəllədə qeyd olunub" – deyə ekspert vurğulayıb.

N.İbrahimov bildirib ki, ölkədə qanunsuz olaraq tikinti aparmaq mümkündür, amma icazə olmadan tikinti işləri ilə məşğul olmaq qeyri-mümkündür: "Nəzarət qurumları göz yumduğu üçün belə tikilər artır. Həmin qurumlarda olan şəxslər dostluq, qohumluq və ya pul müqabilində qanunsuz tikililərin tikilməsinə göz yumurlar. Qanunsuz tikililər sökülən zaman isə nəzarətedici qurumlar və şəxslər məsuliyyət daşıyır".

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə (BRİH) də müraciət etdik. Sorğumuza cavab olaraq bildirdilər ki, SOCAR-in balansında olan torpaq sahələrində tikinti işlərinin aparılmasına dair icazə sənədi verilməyib. Qeyd olunan tikililər neft şirkətinin balansında olduğu üçün həmin tikililərə dair müvafiq tədbirlərin görülməsi və həyata keçirilməsi balansdaşıyıcı təşkilatların nəzarəti ilə həyata keçirilməlidir”.

O da qeyd olundu ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikililərin qarşısını almaq məqsədi ilə mütəmadi olaraq monitorinqlərin keçirilməsi üçün rayonun aidiyyatı qurumlarına göstəriş verilib.

BRİH-dən aldığımız cavabdan sonra SOCAR-a sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, SOCAR-ın balansında olan torpaqlara nəzarət SOCAR-ın mühafizə xidməti vasitəsi ilə həyata keçirilir: "Həmin torpaqlarda mövcud olan qanunsuz tikililər sökülmür. Sadəcə yeni qanunsuz tikintilərin inşa olunmasının qarşısı alınır. Əgər qanunsuz tikinti və ya ev aşkar olunursa, bununla bağlı məhkəmə orqanlarına müraciət olunur. SOCAR-ın mühafizə xidməti mütəmadi olaraq mədən ərazilərində monitorinq işləri aparır".

Prosesin hüquqi tərəflərini isə hüquqşünas Səməd Vəkilov izah etdi. O bildirdi ki, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, şifahi göstəriş əsasında tikintini sökmək və dayandırmaq mümkün deyil: "Müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir. Tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir".

S.Vəkilov qeyd etdi ki, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində isə bəzi tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: “Məsələn, kiçik memarlıq formalarının, açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin və s. tikintisi zamanı xüsusi icazə lazım deyil”.

Hüquqşünas vurğuladı ki, hər hansı bir tikintinin söküntüsü zamanı isə məhkəmə qərarı olmalıdır.//sputnik.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 602 13.09.18 17:10