Median.Az xəbər verir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də Şəmkir rayonu ərazisindəki evlərin birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlayan şəhər sakini Şəhriyar Pənahov saxlanılıb.
Şəmkir RPŞ İstintaq bölməsində CM-nin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.