Azərbaycanlı qadınları Türkiyədə “satan” məhkəmə qarşısında » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |     11:51 Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR  |     11:50 Binəqədinin keçilməz yolları - VİDEO  |     11:49 Paytaxt sakinini yük avtomobili vurub  |     11:47 Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA (VİDEO)  |     11:43 Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü  |     11:41 Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO  |     11:33 Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstanda görüşü baş tuta bilər  |     11:18 Ukraynada sabiq nazir həbs edilib  |     22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |    

Azərbaycanlı qadınları Türkiyədə “satan” məhkəmə qarşısında

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Namiq Şaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən N. Şaməmmədov özünü təqsirli bilib.

Sonra zərərçəkmiş şəxslər ifadə verib.

İttihama görə, Namiq Şaməmmədov 2018-ci il fevralın 11-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi və Mingəçevir şəhər polis şöbəsi əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub.

Məlum olub ki, o, Azərbaycan vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb və insan alverinə məruz qoyub. Cinayət işi üzrə beş qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Namiq Şaməmmədov həmin qadınları xadimə və digər işlər görümək adı ilə Türkiyəyə aparmağa vəd verib. Mingəçevir şəhərindən və digər rayonlardan olan beş qadını bu adla aldadaraq, Türkiyəyə aparıb. Türkiyədə həmin qadınların kişi müştərilərlə görüşdürməsinə mütəşəkkil dəstənin digər üzvləri şərait yaradıb.

Türkiyədən qayıdan zərərçəkmişlər İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Müraciət əsasında axtarışa verilən Namiq Şaməmmədov Mingəçevir şəhəri ərazisində həbs edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 538 13.09.18 12:09