İntim fotolarla şantaj edilən qadın: Onun corabına qədər mən almışam » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

İntim fotolarla şantaj edilən qadın: Onun corabına qədər mən almışam

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə E.İsmayılov özünü təqsirli bilməyib.

O deyib ki, zərərçəkmiş şəxsi şəkilləri ilə heç vaxt şantaj etməyib, yalnız onunla aralarında pul söhbəti olub:

“Onun mənə müəyyən qədər borcu olub. Mən yalnız onu tələb etmişəm, hədə-qorxu gəlməmişəm. Sosial şəbəkədəki yazışmalarımızı da araşdıra bilərsiniz”.

Zərərçəkmiş qadın isə E. İsmayılova dəfələlə pul verdiyini vurğulayıb:

“Bu adamın ayaqqabısından corabına qədər mən almışam. İki ay kirayə pulunu vermişəm, problemi çıxanda həll etmişəm. Hər həftə yeməyinə 100 manat pul ödəmişəm”.

E.İsmayılov isə qadının dediklərini təkzib edib. Buna görə həmin şəxslər arasında məhkəmədə mübahisə düşüb.

Bakıda evli qadını intim fotolarla şantaj edib 12 min manatını aldılar
İttihama görə, Elvin İsmayılov tanışı olan Əfsanə Məmmədovanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib.

O, Əfsanə ilə sosial şəbəkədə tanış olub və daha sonra onun qadınla isti münasibəti yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər.

Bir neçə aydan sonra Elvin İsmayılov Əfsanəni şantaj edərək, onu intim şəkillərini sosial şəbəkədə yayacağı, biabır edəcəyi ilə hədələyib.

Elvin İsmayılov bu şəkilləri yaymamaq üçün Əfsanədən 10 min manat pul tələb edib. Daha sonra Əfsanə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 894 12.09.18 13:13