Almaniya Azərbaycan və Türkmənistandan qaz nəqlində maraqlıdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |    

Almaniya Azərbaycan və Türkmənistandan qaz nəqlində maraqlıdır

Berlin “Cənub qaz dəhlizi”nin inkişafında maraqlıdır.

Belə bəyanatla Almaniya kansleri Angela Merkelin Gürcüstan, Ermənistan və Azərbaycana səfəri ərəfəsində Almaniya hökumətinin nümayəndəsi çıxış edib.

O bildirib ki, Almaniya hökuməti Türkiyə üzərindən Avropaya alternativ qaz kəmərlərinin çəkilməsini dəstəkləyir.

“Cənub qaz dəhlizi” üç qaz kəmərindən ibarətdir: Cənub Qafqaz (Bakı – Tbilisi - Ərzurum), Transanadolu (TANAP) və Transadriatik (TAP).

Azərbaycanın “Şah-Dəniz -2” yatağından hasil olunan qazın Türkiyəyə ötürülməsi, daha sonra isə onun bir hissəsinin TAP vasitəsi ilə İtaliya sahillərinə nəql olunacağı nəzərdə tutulub.

Azərbaycan qazının Avropaya satışı 2020-ci il üçün nəzərdə tutulub.

“Avropada qazın yalnız Rusiyadan deyil, digər regionlardan da alınması – bu, AB-nin diversifikasiya siyasətinin tərkib hissəsidir”, - Almaniya hökumətinin nümayəndəsi deyib.

O, Azərbaycanı strateji əhəmiyyətli ölkə adlandırıb və gələcəkdə Türkmənistan, İran və İraqdan da qazın Avropaya nəqlinin mümkünlüyünü vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 398 22.08.18 12:23