Ekstrasens Zirəddin Xaçaturyanın qətlini araşdırır - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |    

Ekstrasens Zirəddin Xaçaturyanın qətlini araşdırır - FOTO/VİDEO

Rusiyanın “Komsomolskaya Pravda” nəşri üç qızı tərəfindən öldürülən atanın qətlinin araşdırılması məsələsinə azərbaycanlı ekstrasens Zirəddin Rzayevi cəlb edib.

Xatırladaq ki, iyunun 27-də Moskvada Mariya, Angelina və Krestina Xaçaturyan bacıları doğma ataları Mixail Xaçaturyanı qətlə yetirib.



Bacılar deyib ki, ataları zalım və tiran olub. Evdəkiləri döyüb, silahla təhdid edib, bayıra çıxmasına və hətta telefonla danışmasına icazə verməyib. Qızlarına xadimə kimi baxıb. Ən dəhşətlisi isə, qızlar deyib ki, ataları onlara təcavüz edib.

Bununla yanaşı, Xaçaturyanın qohumları bildirirlər ki, bacılar yalan danışırlar.

Oxu.Az xəbər verir ki, həqiqətləri öyrənmək üçün “KP” 2008-ci ildə “Ekstrasenslərin mübarizəsi” telelayihəsinin 6-cı mövsümünün qalibi azərbaycanlı ekstrasens Zirəddin Rzayevin köməyindən istifadə etmək qərarına gəlib.

Qəzet yazır ki, lazımi mərtəbəyə qalxan Zirəddin qapıya toxunub, bir müddət sakit qaldıqdan sonra deyib:

“Bura çox pis mənzildir, burada şər yaşayır. Hələ də oradan soyuq gəlir. Burada xoşbəxtlik yoxdur və insanlar arasında harmoniya olmayıb. Bu mənzil deyil, həbsxanadır...”



Ekstrasens deyib ki, yerin enerjisini hiss edir:

“Hiss edirəm ki, kimsə qəzəbə, nifrətə görə bu mənzili yandırmaq istəyib. Qızlardan hansısa... Ancaq nəsə onu dayandırıb”.

Cinayət günü ilə bağlı ekstrasens az danışıb.

“Görürəm ki, bu, planlaşdırılmış hadisə deyil. Qəfil baş verib. Əvvəlcə qızlardan biri bıçağı götürüb. Digərləri onu dəstəkləyib... Hiss edirəm: yaralanmış Xaçaturyan otağından çıxıb, ancaq qan axa-axa burada yıxılıb. Ancaq o, qorxu hiss etməyib. Son ana qədər fikirləşib ki, yaşayacaq. Əgər o, sağ qalsaydı, qızlarını öldürəcəkdi”.



Mixail və qızlarının fotosuna baxan zaman ekstrasens deyib ki, kişi vəhşi heyvan kimi olub:

“Başa düşürsünüz, o, bütün dünyanın onun ətrafında fırlanmasına öyrəşmişdi. Başqalarının fikri onu maraqlandırmırdı. O, belə yaşayırdı”.

Ekstrasensin sözlərinə görə, Xaçaturyan zalım olub və qızları da yalan danışmır:

“Qızlar doğru danışır ki, o zalım və ağır xasiyyətli olub, - Rzayev deyib. – Təcavüz və seksual zorakılıqla bağlı isə yalan danışırlar. Belə bir hadisə olmayıb. Onlar belə bir şeyi fikirləşiblər ki, ətrafdakılar onların hərəkətinə haqq qazandırsın.

Sizə necə başa salım... Mixail Xaçaturyan qızlarını şəxsi mülki hesab edirdi. Ailə başçısı qızlarının onun adına ləkə gətirməsindən qorxurdu”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 630 11.08.18 13:59