“Bakı bulvarı”nın direktorunu kim öldürmək istədi? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:46 Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...  |     22:24 Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO  |     21:41 32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO  |     21:34 Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər  |     21:26 Rusiyada sərnişin avtobusu çaya düşüb, iki nəfər ölüb, beşi yaralanıb  |     21:18 BMT Baş Assambleyası fələstinlilərin təşkilata üzv olmaq hüququnu tanıyan qətnamə qəbul etdi  |     20:44 Qazaxda təbii fəlakət fəsadlar törədib  |     20:42 Belarus Baş Qərargahının rəhbəri işdən çıxarıldı  |     20:14 Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi - VİDEO  |     20:03 Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı  |     19:51 “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq  |     19:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO  |     19:30 Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA  |     18:32 Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK  |     18:10 Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  |     18:05 Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər  |     17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |    

“Bakı bulvarı”nın direktorunu kim öldürmək istədi?

Moskva polisi “killer”likdə şübhəli bilinən iki nəfəri yaxalayıb. Həmin şəxslər 2017-ci ilin yazında “Bakı bulvarı” restoranının sahibi Niyaz Bədəlovu güllələməkdə ittiham olunublar. Niyaz Bədəlov sağ qalmağı bacarıb.

Median.Az
“Mash” telekanalına istinadla xəbər verir ki, saxlanılan şəxslər Dağıstan sakinləridir.

Dindirilmə zamanı onlar Niyaz Bədəlovun öldürülməsinə görə pul aldıqlarını bildirib. Hazırda hüquq-mühafizə orqanları sifarişçinin kimliyini araşdırmağa çalışır.

“Naina” şirkətinin direktoru, “Bakı bulvarı” restoranlar şəbəkəsinin sahibi Niyaz Bədəlova qarşı sui-qəsd 2017-ci ilin martında Moskvanın mərkəzində baş tutub. İş adamının olduğu “Mersedes” markalı avtomobilə yaxınlaşan naməlum şəxs silahdan maşında bir neçə dəfə atəş açıb və gizlənib. Bədəlov özü xəsarət almasa da, onun mühafizəçisi güllə yarası ilə xəstəxanaya çatdırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 962 11.08.18 13:52