Dövlət Gömrük Komitəsindən əməliyyat – Fotolar » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |    

Dövlət Gömrük Komitəsindən əməliyyat – Fotolar

Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.

DGK-dən verilən məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkənin gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan siqaretlərin Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən mənzildə saxlanılaraq “Mitsubushi Pajero” markalı minik avtomobili vasitəsilə şəhərin müxtəlif ərazilərindəki tütün məmulatı və spirtli içkilər satılan pərakəndə satış məntəqələrinə paylanması barədə məlumat daxil olub.

Bu məlumat əsasında DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Binəqədi rayonu ərazisində əməliyyat tədbiri keçirib. Bu zaman “Mitsubushi Pajero” markalı avtomobilin salonu və baqajında 10 ədəd müxtəlif ölçülü karton qutuda üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 95 380 ədəd müxtəlif adda siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            872 09.08.18 16:44