Fədayə Laçın özünü qismən təqsirli bilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Fədayə Laçın özünü qismən təqsirli bilib

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Məmmədova (Laçın), Əli Ağami, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov və Anar Əsgərovun CM-nin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə təqisrləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Median.Az
xəbər verir ki, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Ceyhun Səmədov, Fuad Hacıyev, Tural Poladxanov, Fədayə Məmmədova, Əli Ağami, Günay Atakişiyeva, Məhəmməd Hacıyev, Aqil Nəcəfov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov özlərini qismən təqsirli biliblər. Bəhruz Abdullayev və Anar Əsgərov özlərini təqsirli bilməyiblər.

Məhkəmə Ə.Ağamiyə sərbəst ifadə verməyi təklif edib. O, çıxışa hazır olmadığını, istintaqa ötən ilin noyabrın 26-da ifadə verdiyini vurğulayıb.
Məhkəmədə onun ifadəsi elan olunub. Əli Ağami Etibar Məmmədovla qatarda qarovul rəisi Ceyhun Səmədovun otağında görüşmədiyini bildirib.

Təqsirləndirilən Günay Atakişiyeva istintaqa verdiyi ifadəsini təsdiq edib. O bildirib ki, Etibar Məmmədovu rəfiqəsi Lalə vasitəsilə tanıyıb, Məmmədov qatardan qaçandan sonra ona köməklik göstərdiyini qeyd edib. Atakişiyeva əməlindən peşman olduğunu deyib.

Təqsirləndirilən Aqil Nəcəfov dindirilən zaman Etibar Məmmədovla həmyerli olduğunu, həbsdə olanda ona zəng etdiyini deyib: "Etibarın qardaşının toyunda zəng edib mənimlə danışdı. Bir müddət keçəndən sonra özü mənə zəng etdi, iki dəfə onun yanına getdim. Bir dəfə Günay, Lalə və mən, sonra Fədayə ilə Bakı İstintaq Təcridxanasında Etibarla görüşmüşəm. Məni orada Fədayə xanımla tanış etdi. Etibar içəridə mahnılar yazırdı. Sonra zəng elədi ki, açarı Fədayədən götürüm. Açarı başqa adamdan götürüb Günaya verdim".

Günay Atakişiyeva deyib ki, Ceyhun Səmədovu ona Aqil Nəcəfov göstərib. Nəcəfov isə Səmədovu tanımadığını bildirib.

Xatırladaq ki, ötən il noyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır CinayətlərəDair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı CM-nin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Qaçan məhbuslarla bağlı Penitensiar Xidmətin 10 əməkdaşı orqanlardan xaric edilib, 3 nəfər isə vəzifəsindən azad edilib.

Onların barəsində CM-nin 304.2.1- və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılmaqla istintaq qrupu yaradılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, Şirvan şəhər sakini, CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, “Qoca” ləqəbli Etibar Məmmədov isə əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərdiyi üçün atışmada məhv edilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 057 08.08.18 18:25