Bakı sakini 2034-cü ilədək sürücülük hüququndan məhrum edildi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Bakı sakini 2034-cü ilədək sürücülük hüququndan məhrum edildi - FOTO

Azərbaycanda unikal hadisə baş verib – sürücü 16 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Median.Az
xəbər verir ki, paytaxt sakini Baloğlan İsa oğlu Baloğlanov yerli şirkətlərdən birinə sürücü kimi işə düzəlmək istəyib.

Ancaq bu zaman o, sürücülük hüququndan məhrum edildiyini öyrənib.

Baloğlanov Yol Polisi İdarəsinə gedərək, bunun səbəbini öyrənməyə çalışıb. Sürücünün məlumatlarına baxdıqda polis işçiləri özləri də şoka düşüblər. Sənədlərə əsasən, Baloğlanov 2034-cü ilədək sürücülük hüququndan məhrum edilib.

Qanunvericiliyə əsasən isə ölkədə hər hansı şəxs sürücülük hüququndan maksimum iki il müddətinə məhrum edilə bilər.

Əgər belədisə, bu nədir?




Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib ki, bu, sistemdə texniki səhvlik səbəbindən baş verib.

“Biz vəziyyətdən xəbərdarıq. Baloğlan Baloğlanov Yasamal rayon Məhkəməsinin qərarı ilə yol-hərəkət qaydalarını pozduğuna görə 200 manat məbləğində cərimələnib. Sürücü cəriməni ödəyib.




Ancaq anlaşılmayan texniki səbəblərə görə, o, sürücülük hüququndan məhrum edilib. Sürücülük hüququndan məhrumedilmə müddətinə baxdıqda burada hansısa səhvliyin olduğunu başa düşmək olar”, - yol polisinin nümayəndəsi deyib.

O qeyd edib ki, Baloğlanovun problemi artıq həll edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            9 011 04.08.18 14:24