Avtomobil ilə ölkədən çıxarılan əlavə yanacağa görə gömrük rüsumu ödəniləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Avtomobil ilə ölkədən çıxarılan əlavə yanacağa görə gömrük rüsumu ödəniləcək

Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin Dövlət Neft Şirkəti ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan ərazisini tərk edən avtonəqliyyat vasitələrində daşınan yanacağın miqdarının tənzimlənməsi haqqında qərar qəbul edib.

Median.Az
“Report”a istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisini tərk edən avtonəqliyyat vasitələrinin mühərriklə texnoloji bağlı olan texniki pasportunda nəzərdə tutulmuş baklarının tutumunun miqdarından artıq keçirilən benzin və ya dizel yanacağının hər 1 litri üçün 0,6 ABŞ dolları məbləğində spesifik gömrük rüsumunun alınması müəyyən edilib.

Bu qərarın 1-ci hissəsində göstərilən məbləğ avtonəqliyyat vasitəsinin mülkiyyətçisi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada idarəetmə hüququ olan şəxs tərəfindən gömrük sərhəd buraxılış məntəqələrindəki gömrük orqanlarına bank, poçt və ya plastik kart vasitəsilə Azərbaycan Respublikası Mərkəzi Bankının həmin gün üçün müəyyən etdiyi məzənnəyə uyğun olaraq manatla ödəniləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 462 04.08.18 13:25