Azərbaycana qanunsuz dərman gətirən İran vətəndaşlarına hökm oxunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Azərbaycana qanunsuz dərman gətirən İran vətəndaşlarına hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində İran İslam Respublikasının vətəndaşları Jahani Hiveh Hamid Mohammad və Ghahremani Hafez Habibin CM-nin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.2.1-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, Baş prokurorluğun yaydığı məlumata görə, son dövrlər ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə "botoks" kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

Uzun illər Bakıda yaşayan və Mərkəzi Gömrük Hospitalında cərrah-həkim işləyən Jahani Hiveh Hamid Mohammadin yaşadığı evdə axtarış zamanı üzərində "Canotix 50 units" sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatları, "Canotix 100 units" sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkar edilib.

İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, hər iki şəxs qeyd edilən dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətiriblər. Bundan başqa, Jahani Hiveh Hamid Mohammad kuryer xidmətlərindən istifadə etdiyi qohumu- Bakı şəhər sakini İlqar Qədirovun "Chevrolet" markalı avtomobilinə baxış keçirilərkən 7 ədəd dərman preparatları aşkar edilərək, götürülüb.

Bundan əlavə, Ghahremani Hafez Habib Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi "Scania" markalı sərnişin avtobusu ilə 2018-ci il fevralın 21-də Astara Gömrük keçid məntəqəsindən 100 ədəd "Canotix 50 units" dərman preparatını sellofan torbaya bükərək avtobusun salonunda gizlədib və onu gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq edib.

İstintaq dövründə, Binəqədi rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslər barəsində həbs-qəti imkan tədbiri seçilməyib.

Məhkəmənin hökmü ilə Ghahremani Hafez Habib 7 il 6 ay, Jahani Hiveh Hamid Mohammad isə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. Onlar məhkəmə zalında həbs ediliblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            954 31.07.18 17:23