"Onların Gəncəni nardaranlaşdırmaq, Bakını Dəməşqə çevirmək kimi ssenariləri var" - Zahid Orucdan ŞOK AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |     11:44 Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA  |    

"Onların Gəncəni nardaranlaşdırmaq, Bakını Dəməşqə çevirmək kimi ssenariləri var" - Zahid Orucdan ŞOK AÇIQLAMA

Ötən gün Gəncədə baş verən hadisələr bir daha müəyyən qüvvələrin ölkədə təxribat törətməkdə maraqlı olduğunu göstərdi. İki polisin vəhşicəsinə öldürülərək şəhid olması isə olayların ən pik nöqtəsi oldu. Maraqlıdır ki, bir neçə gün öncə rüşeymi atılan bu hadisələr məhz ötən gün (Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycana səfər etdiyi gün) alovlandı. 

Millət vəkili Zahid Oruc Sfera.az-a açıqlamasında baş verən hadisələri belə şərh edib:

"Bu hadisələrin təsadüf olduğunu, yaxud bilərəkdən, məhz Ərdoğanın səfəri günündə baş verdiyini də demək olar. Yunis Səfərovun məlum terror əməlinin informasiya resurslarında, sosial şəbəkələrdə müzakirə edilməsi, tirajlandırılması, onun mücahid obrazının yaradılması və xalq mənafeyi uğrunda çarpışan biri kimi təqdim edilməsi fonunda düşünülürdü ki, müəyyən zaman keçməlidir ki, əhali bu təbliğatı qəbul edərək ona itaət etsin. Nəticədə isə Yunis Səfərov cinayətkar qəhrəman obrazında təqdim edilsin və sonunda geniş toqquşlamalara yol açılsın. Bu gün Türkiyəni sevməyənlər çoxdur və onlar istəyirlər ki, Azərbaycanda daha fərqli modelli dövlət quruluşu yaratsınlar”. 

Gəncə ilə Nardaranı nə birləşdirir?

Millət vəkili Z.Oruc həmçinin bir neçə il öncə Nardaranda baş verən hadisələrdə də Gəncə ilə müəyyən əlaqənin olduğunu diqqətə çatdırıb:
"O zamanlar "Nardaran da min bir Azərbaycandır, min bir dövlətdir" adı altında təbliğatlar aparılırdı. Həmin məkan vaxtı ilə xalq hərəkatında mübarizənin mərkəzlərindən biri olub. Onlar azadlıq hərəkatında böyük töhfələr veriblər. Lakin sonrakı illərdə bu prosesdən çox sürətlə qopma baş verdiyini müşahidə etdik. Kəndin əhalisindən mücahid hazırlayaraq işığa, qaza, suya qarşı baykot sədaları səsləndirməyə istiqamətləndirməklə onları siyasiləşdirərək dini istəklərini istismar ediblər. 2015-ci ildə MTN-in məlum cinayətkar heyətinin rəhbərlikdən getməsi fonunda Nardaranda baş verən olaylarda da iki polis şəhid oldu. Nardarandakı məlum hadisələr fonunda Gəncədə müsəlman birliyinin fəaliyyət üzvləri ayağa qalxaraq polisə qumbara atmışdılar. Sual edilə bilərdi ki, bu sinxron bağlılığın əsası nədir. Onlar niyə bu coğrafiyanı əhatə etmək istəyirlər? İki məkan arasında yeraltı sular bir-birinəmi axır? Bu səbəbdən Elmar Vəliyevə qarşı sui-qəsdin fərdi yaxud da şəxsi identifikasiyada olmadığını söyləyərkən haqlıydıq. Ötən gün məlum əməllərin törədilməsi həmin qruplaşmaların din üzərindən ya da məscidlər vasitəsi ilə hakimiyyətlə savaşma planıdır. Bu hadisələr qətiyyən siyasi meydanın daralması fonunda hansısa siyasi qüvvələrin aktivləşməsi deyil. Bu hadisə Ərdoğanın səfəri günü Gəncədə oynanılan dram deyil, daha artıq dərəcədə bölgədə möhkəmlənmək, Azərbaycana din ixrac etmək, dövlət quruluşumuzu dəyişdirmək istəyənlərin uzunmüddətli fəaliyyətinin nəticəsidir. Onların Gəncəni Nardaranlaşdırmaq, Bakını Dəməşqə çevirmək kimi ssenariləri var. 

Kimləsə münasibət problemli ola bilər, kiminsə idarəçiliyinin əleyhinə ola bilərsiz. Lakin dini gətirib alət etmək düzgün deyil. Gəncədən Bakını vurmaq olmaz. 2016-cı il hadisələrində ən çox vətəndaşlar arasında telefon danışıqlar məhz Gəncədən gedirdi. Yəni, kəşfiyyat orqanları daha çox Gəncədə qərarlaşmışdır. Bu bizim üçün bir siqnal olmalıdır. Gəncə dövlətçiliyimizin əsası olduğu üçün bizi o damardan vurmaq istəyirdilər. Ötən gün baş verən hadisələr zamanı polisin də əlində silah vardı, onları öldürmək üçün imkan vardı.  Amma belə olsaydı, gör nə baş verəcəkdi. Deyəcəkdilər ki, xalqa qarşı güllə atıldı”. 
Z.Oruc bildirir ki, 90-cı illərdə baş verən hadisələr fonunda susqunluq nümayiş etdirən həmin qüvvələrdir ki, yenidən aktivləşib:
"Hər zaman böyük təəccüb hissi ilə qarşılayırdım ki, 90-cı illərdə neft müqavilələrinə terror və qətliamlarla reaksiya verən qüvvələr nə əcəb şimal-cənub, şərq-qərb layihələri, böyük strateji  planlarımız reallaşarkən sükut nümayiş etdiriblər. Baş verən bu hadisələr isə onların yatmadığını, ayıq olduğunu bir daha göstərdi. Məqsəd bəllidir”.

Z.Oruc saytlarda bu hadisələrlə bağlı yayımlanan xəbərlərə də münasibət bildirib:

"Növbəti addım hərbi hissələrdə 30-40 nəfərin qətlə yetirilməsi olacaq deyə, xəbər lentlərində belə bir məlumat verilmişdi. Əsgərin öldürülməsi o ordunun üzərinə, dövlətin təməl daşı və sənin öz təhlükəsizliyinə fokuslanır. Bunu dərk etməyənlər yazıqdır. Necə düşünmək olar ki, Əlikram Hümbətov əlində silah gəlib sizə gələcək quracaq. Necə bunu ağıla gətirmək olar? Bu adam xəstədir. O adama bir tribuna verirlər və xalq mücahidi kimi təqdim olunur. Ötən gün Orduxan yazır ki, "it kimi gəbərən polislər". Ay nadanlar... Sabah bu adamlarla demokratiya qurmaq olmaz. Tankla, topla, silahla demokratiya qurulmur...Ötən gün xəbər lentlərində diqqətimi çəkən məqamlardan biri budur ki, insanlarımız nə qədər bu hadisələrə daha ayıq yanaşsalar da, digər tərəfdən isə qarşıdakı dövrdə hansı təxribatların baş verəcəyi söylənilirdi. Sanki konkret ssenari və kitab var və hadisələr də bu ssenariyə uyğun olaraq cərəyan edir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 922 12.07.18 12:25