Bakıda bu ünvanlarda fahişəxanalar var: Ərəblər ora qrup halında gəlirlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Bakıda bu ünvanlarda fahişəxanalar var: Ərəblər ora qrup halında gəlirlər

“Hazırda Hollandiya və digər ölkələrdə olduğu kimi ölkəmizdə də qadınların durduğu və özlərini təklif etdiyi küçə var”

Bakıda bəzi gecə klubları ərəb ölkələrindən olan müştərilərə xidmət göstərmək sahəsində ixtisaslaşıb. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (ATA) rəhbəri Nahid Bağırov Azərbaycanda “seks turizmi” probleminin inkişafını şərh edərkən bildirib.

Bağırov bildirib ki, bu sahədə bir neçə gecə klubu fəaliyyət göstərir: “Onlar Həsən Əliyev küçəsində, “erməni qəbiristanlığı”nın yaxınlığında yerləşir. Turistlər yüngül əxlaqa malik yerli qadınlarla tanış olmaq üçün bu klublara az qala qruplar halında gəlirlər”.

Qeyd etmək lazımdır ki, ölkədə turizmin canlanması ilə Bakının Nizami küçəsində həyat daha da maraqlı olub. Bu küçədə dünyanın ən qədim peşəsinin sahibləri heç kimdən çəkinmədən öz xidmətlərini xarici vətəndaşlara təqdim edirlər.

Qiymətlərin elə də yüksək olmadığı nəzərə alınsa, çətin ki, çox adam onların xidmətindən imtina etsin. Bu sözlərin təsdiqi kimi ərəb turistlərin hotel nömrələrində pulsuz oyanaraq “sevgi kahinləri”nin qurbanı olması hallarını xatırlamaq olar.

Bu arada Bağırov qeyd edib ki, o, şəxsən qadınların Nizami küçəsində əcnəbi turistlərlə qiymət məsələsində sövdələşməsinin şahidi olub: “Mən şəxsən ərəblərin bizim qadınlara yaxınlaşması və onlara əxlaqsız təklif etməsinə əmin olmaq üçün müşahidə aparırdım. Mən belə bir halın şahidi olmuşam. Həmçinin Nizami küçəsində qızların skamyada əyləşərək ərəblərin onlara yaxınlaşmasını gözlədiklərini də görmüşəm. Hətta bunu telefona da çəkmişəm”.

Onun sözlərinə görə, yerli qızlar özləri əcnəbilərlə ünsiyyətə fəal şəkildə daxil olurlar. Azərbaycan Turizm Assosasiyasının rəhbəri hüquq-mühafizə orqanlarını əməli tədbirlər görməyə və qadınları ərazidən uzaqlaşdırmağa, həmçinin faktiki olaraq fahişəxana olan gecə klublarını bağlamağa çağırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            12 056 09.07.18 17:08