Ölkəyə telefon gətirənlərə komitədən xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Ölkəyə telefon gətirənlərə komitədən xəbərdarlıq

Dövlət Gömrük Komitəsi tərəfindən xarici ölkələrdən sifariş edilən mobil telefonlarla bağlı aparılan araşdırma nəticəsində mövcud gömrük və vergi qanunvericiliyinin ciddi şəkildə pozulması halları müəyyən edilib.

DGK-dan verilən məlumata görə, asan yolla qazanc əldə etmək istəyən bəzi şəxslər xarici ölkələrdə təsis etdikləri onlayn ticarət portalları vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının adına mobil telefonlar göndərir və ölkə ərazisinə gətirilən həmin telefonların daha sonra topdan və ya pərakəndə satışını təşkil edirlər.

Aparılan araşdırma zamanı o da müəyyən edilib ki, bir çox hallarda sənədlərdə adı çəkilən şəxslər faktiki olaraq sifarişlərdən xəbərsizdir.

Üstəlik gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki rəqəmlərin sifarişçinin bank hesabındakı rəqəmlərdən dəfələrlə aşağı olduğu aşkar edilib ki, bunun da məqsədi gömrük vergi və rüsumlarından yayınmaqdır.

Digər tərəfdən gömrük orqanına təqdim olunan bəyannamələrdə malların tərkibi də düzgün göstərilmir.

Qeyd edək ki, son bir ayda poçt göndərişləri vasitəsilə ölkə ərazisinə 30 minə qədər mobil telefon gətirilib ki, bunun da 25 mini Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən göndərilib. Əksər hallarda isə gömrük rəsmiləşdirilməsi üçün saxta invoyslar təqdim edilir.

Poçt göndərişləri ilə bağlı yuxarıda sadalanan problemlərin aradan qaldırılması üçün aparılan araşdırmalar isə bəzi hallarda onlayn ticarətdən qanuni yollarla istifadə edən şəxslərin sifarişlərinin yubanmasına, vaxtında sahibinə təhvil verilməməsinə səbəb olur.

Sifarişlərin çatdırılmasında baş verən geçikmələrin əsas səbəblərindən biri də "Azərpoçt" MMC tərəfindən yüklər barədə məlumatların əvvəlcədən elektron qaydada gömrük orqanlarına təqdim edilməməsidir. Bu da ölkəyə gətirilən yüklərin gömrük yoxlaması və rəsmiləşdirilməsi prosesini xeyli ləngidir. Belə ki, bu məlumatlar olmadığı üçün daxil olan yüklərin çeşidlənməsi, sifarişlərin mütəmadiliyinin yoxlanılması məqsədilə gömrük əməkdaşları bütün malların hər birinə tək-tək baxış keçirməli, daha sonra isə həmin məlumatları sistemə daxil etməlidir.

Qeyd edək ki, hazırda gömrük orqanları tərəfindən aparılan araşdırmalar davam etdirilir və araşdırmaların sonunda gömrük qanunvericiliyinin tələblərinin kobud surətdə pozan hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət olunacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 531 06.07.18 11:56