Azərbaycanda məmur şəhid anasını söydü, kənd camaatı onu DÖYDÜ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Azərbaycanda məmur şəhid anasını söydü, kənd camaatı onu DÖYDÜ

"Aqrolizinq” ASC-nin Yevlax regional filialının sədri Sədaqət Ağayev Yevlax sakinləri tərəfindən döyüldüyü bildirilir. Buna səbəb kimi onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü göstərilir.

Median.Az
minval.info-ya istinadən xəbər verir ki, filial sədrinin Səmədabad kənd sakini Sənəm Əliyevanı təhqir etdiyi bildirilir.

İddiaya görə, Sədaqət Ağayev bir neçə gündür ki, rayonun adıçəkilən kəndində taxıl biçini aparan kombaynın işini yarımçıq saxlayıb. O, ağır texnikanı idarə edən şəxsə Tanrıqullar kəndində olan dostunun sahəsində iş görməyi tapşırıb. Bundan xəbər tutan kənd sakinləri kombaynın qarşısını kəsərək kənddən çıxmasına əngəl olublar.

Sədaqət Ağayevin isə onların narazılığına məhəl qoymadığı bildirilir. Məlumata görə, filial sədri deyib ki, kombayn 10 gün belə istifadəsiz qalar, amma Səmədabad kəndində taxıl biçini işləri aparılmasına icazə verilməyəcək.

Daha sonra kənd sakinləri ondan şəhid ailəsi olan Sənəm Əliyevanın sahəsinin biçilməsini xahiş ediblər. Lakin S.Ağayev onlara sərt cavab verərək S.Əliyevanı təhqir edib. Hətta onun şəhid anasının ünvanına küçə söyüşləri söydüyü deyilir. Bu söyüşdən qəzəblənən sakinlər filial sədrini döyüblər.

"Aqrolizinq” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, hadisə araşdırılır: "Bölgələrdən daxil olan müraciətlər əsasında şikayətlərə baxılır. Lakin Səmədabad kəndindən heç bir müraciət olunmadan belə hadisə baş verib. Qurum şəhid ailələrinin işinə daha tez baxır. Hadisənin nə səbəbdən və necə baş verdiyi araşdırılır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 573 29.06.18 16:26