Güləşçilərimiz Avropa çempionatında altı medal qazandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Güləşçilərimiz Avropa çempionatında altı medal qazandı

Macarıstanın Dyör şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr (məktəblilər) arasında Avropa çempionatı keçirilib.

Çempionatda iştirak edən kiçik yaşlı yeniyetmələrdən ibarət yığmamızın üzvləri bir qızıl, bir gümüş və dörd bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərimiz bir qızıl və bir bürünc medal qazandığı halda, sərbəstlər bir gümüş və üç bürünc medala sahib olub.

Yunan-Roma güləşi yarışlarında bütün rəqiblərindən üstün olan Elmir Əliyev (52 kq) qızıl medal və Avropa çempionu adını qazanıb. 68 kq-da mübarizə aparan Əli Əlizadə isə bürünc medala yiyələnib.

Sərbəst güləşçilərin mübarizəsində yalnız final görüşündə uduzan Məmməd Əhmədov (57 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) qazandırıb.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakimlər Həbib Nurulu və Əli Babayev təmsil edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 301 20.06.18 14:02