Çaşqınlıq yaradan reklam dörd uşaq anasının ümidlərini qırdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |    

Çaşqınlıq yaradan reklam dörd uşaq anasının ümidlərini qırdı - VİDEO

Xəbər verdiyimiz kimi, bu yaxınlarda “Qızıl açar” tikinti şirkətinin reklam çarxı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Belə ki, şirkətin rəhbəri baş qəhrəmana üçotaqlı ev hədiyyə edir. Bu da insanlar arasında çaşqınlıq yaradıb.

Bu reklam çarxından sonra kirayədə yaşayan Səidə Qəhrəmanovanın ürəyindəki ümid yenidən oyanıb.

Baku.TV-yə müsahibə verən Səidə xanım deyib ki, reklamı izlədikdən sonra şirkətin evsizlərə ev hədiyyə etdiyini düşünüb. O da ailəsi ilə birgə evsizlər sırasında olduğu üçün bu reklam onu sevindirib. Elə bu ümidlə də həmin şirkətlə maraqlanıb. Ancaq təəssüf ki, ümidləri boşa gedib. Öyrənib ki, bu, sadəcə, bir reklam imiş.

Səidə xanımın həyat yoldaşı Qarabağ qazisidir. Dörd uşaqlı ailə bu gün atanın taksi sürücülüyündən qazandığı pulla dolanır. Əgər ona da dolanmaq demək olarsa…

Kirayədə yaşadıqları evə hər ay 170 manat ödəməli olurlar. Həyat yoldaşının Qarabağ qazisi kimi aldığı pensiya isə ailəyə yox, banka gedir.

Ancaq bu, reklam olsa belə, Səidə xanım ümid edir ki, kimsə onun səsini eşidər və övladlarını rahat şəkildə böyüdə biləcəyi bir ev onun da payına düşər. Elə bu reklamda olduğu kimi…

“Həyat yoldaşım Qarabağ əlilidir. Saytda gördüm ki, ev hədiyyə edirlər. Mən də düşündüm ki, bəlkə, imkanlı şəxslər balalarımın xətrinə bizi bir evə yerləşdirərlər”, - deyə Səidə xanım göz yaşları içində bildirib.

Reklam çarxında göstərilən şirkətin rəhbəri Zahir Nurəliyev ailənin problemləri ilə maraqlanacağını və onlara şirkətin gəlirləri hesabına kömək etməyə çalışacağını deyib.

Şirkət rəhbəri onu da qeyd edib ki, çəkdiyi reklamın məsuliyyətini dərk edir və bu reklamda insanlara mal-mülkün Allaha məxsus olduğunu çatdırmaq istəyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 344 13.06.18 12:23