Arif Rəhimzadə: Azərbaycan dövlətini sovet hökuməti qurub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Dünyanın ən çətin dilləri: İlk 5-lik  |     22:54 Coni Rusiyada daha bir mükafat aldı - FOTOlar  |     22:46 Yeni Kaledoniyada səsvermə hüquqlarının pozulması fonunda komendant saatı tətbiq edilib  |     22:38 Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub  |     22:30 Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı  |     22:22 Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır  |     22:16 Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI  |     22:08 Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB  |     22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |     21:38 Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR  |     21:30 Pakistanda yaşayış binasında partlayış: Ölənlər var  |     21:23 Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb  |     21:16 Əli Əsədov İqor Petrişenko ilə görüşdü  |     21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |    

Arif Rəhimzadə: Azərbaycan dövlətini sovet hökuməti qurub

Sovet hakimiyyəti Azərbaycan xalqına divan çəkdi. Amma sovet hakimiyyətinin yaxşı işləri də olub, axı?! Sovet hökuməti Azərbaycan dövlətini qurdu. Düzdür, biz həmin dövlətlə bağlı müəyyən məsələlərdə razılaşmırıq, onu qəbul etmirik, amma bu dövlətin yaxşı işlərini də görməliyik. Hamımız sovetlər dövrünün adamlarıyıq, o dövrdə işləmişik, oxumuşuq, indi “xalq düşməni” olmalı deyilik ki?!

Bunu Azərbaycan Milli Məclisinin (MM) Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihənin müzakirəsi zamanı komitə sədri Arif Rəhimzadə deyib.

“Məsələn, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq, sovetlər dövründə “Xanlar” adlı bölgə, kənd adları olub. İndi o kommunist olduğu üçün onun adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Burada “Çəmənli” sözü işlədildi. Biri mənə izah etsin ki, “Çəmənli” olanda nə dəyişəcək? Hesab edirəm ki, bütün adları dəyişmək olmaz. Bu, düzgün yanaşma sayılmamalıdır”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 334 05.06.18 16:27