Ermənistan vətəndaşı ağ bayraqla Azərbaycana keçmək istədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Ermənistan vətəndaşı ağ bayraqla Azərbaycana keçmək istədi

Ermənistanın Tavuş vilayətinin sərhəd kəndi Verin Karmiraxbyurun 1975-ci il təvəllüdlü sakini sərhədi keçməyə cəhd edib.

Median.Az
virtualaz.org-a istinadən bildirir ki, bunun üçün o, öz ağ köynəyindən bayraq kimi istifadə etmək istəyib.

İnformasiyaya əsasən, hadisə mayın 1-də olub, amma bu cəhdin qarşısı erməni sərhədçiləri tərəfindən alınıb.

Məlumata görə, sərhədi keçməyə çalışan şəxs Rusiyada hərbi məktəbdə oxuyub. Onun uzun illər Qazaxıstanda yaşadığı və həm Ermənistan, həm də Qazaxıstan vətəndaşlığına sahib olduğu, hətta orada iki uşağının qaldığı bildirilir.

O, Verin Karmiraxbyurda təxminən bir yarım ay əvvəl qayıdıb. Orada onun anası yaşayır.

Adı açıqlanmayan şəxsin Azərbaycana qaçmaq istəyinin səbəbi də ortaya çıxıb. Başını götürüb ölkəsindən qaçan 43 yaşlı vətəndaş guya "Qarabağın ermənilərə aid olduğunu sübut edən sənədləri Azərbaycana vermək istəyirmiş".

Verin Karmiraxbyurdan verilən informasiyaya əsasən, böyük ehtimalla həmin şəxsdə psixi pozğunluq var.

Onun işi ilə Milli Təhlükəsizlik Xidməti və hərbi polis məşğul olub. 12 və ya 13 mayda o, Qazaxıstana uçmaq istəyib, amma Yerevan aeroportunda aviabileti cırıb və kəndə qayıdıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 343 19.05.18 13:45