Qoşqar Təhməzli: Türkiyədən təhlükəli məhsullar gətirilməyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Qoşqar Təhməzli: Türkiyədən təhlükəli məhsullar gətirilməyib

Bu gün Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi birlikdə 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro-2018” sərgisinin açılışını həyata keçirdi.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli bildirib.

O qeyd edib ki, sərgidə iştirak edən şirkətlərin 70 faizinin xarici şirkətlər olması sevindirici haldır:

“İştirakçıların sayı hər il artır. Bunun da səbəbi münbit rəqabət mühitidir. Budəfəki sərginin əhatəsi ötənilkindən 12 faiz artıb”.

Ölkədə qida istehsal edən subyektlərin sayının getdikcə artdığını vurğulayan Q.Təhməzli qeyd edib ki, sərgilər kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində şirkətlərin fəaliyyətinin inkişafına səbəb olacaq.

Agentlik sədri Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi tərəfindən təhlükəli elan edilən məhsulların Azərbaycan bazarına gətirilib-gətirilməməsi yönündə suala cavabında dedi:

“Bu məhsulların satışı yoxdur. Biz müvafiq qurumlarla əlaqə saxladıq, məlum oldu ki, həmin məhsulların Azərbaycana idxalı aparılmayıb. Ticarət şəbəkələrində də monitorinq apardıq, həmin məhsullara rast gəlmədik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 166 16.05.18 12:59