Şəhid xanımı olan millət vəkili: Müharibə istəmirəm » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Şəhid xanımı olan millət vəkili: Müharibə istəmirəm

Bu gün Azərbaycan ərazisi olan Şuşanın işğalından 26 il ötür. Neçə illərdir ki, ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həllinə çalışır. Amma heç bir nəticə əldə olunmur. Mən başa düşə bilmirəm ki, işğalçı məlum ola-ola niyə münaqişənin həllini uzatmaq istəyirlər?

Bunu şəhid Şirin Mirzəyevin həyat yoldaşı, Xankəndinin millət vəkili olan Flora Qasımova Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında deyib.

Deputat bildirib ki, cinayətkar Ermənistan rəhbərliyi və separatçı rejim işğal altında olan Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma aparır.

“Necə olur ki, Azərbaycanda bir insanın haqqı tapdalanan kimi Avropa təşkilatları xəbər tutur, amma işğalçı bəlli olduğu halda, bu münaqişənin həlli istiqamətində addım atılmır?”

F. Qasımova deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin iki yolu var: sülh və müharibə.

“Mən qadınam, amma müharibə istəmirəm. Çünki müharibə nəticəsində insanlar həyatını itirir. Niyə 20 ildən çoxdur ki, münaqişənin həlli istiqamətində hər hansı bir addım atılmır? Bizdə belə bir məsəl var: “iştah diş altındadır”. Onlar Azərbaycanın işğal altında olan ərazilərindəki abidələri özəlləşdirirlər, qəbirləri dağıdırlar. Bu, insanlığa yaraşan sifətdirmi?

Siz bu söhbətləri çox eşidirsiniz. Bəlkə də, öyrəşmisiniz. Bu gün Ermənistan əsgərlərinin anası deyir ki, niyə mənim oğlu başqa ölkənin ərazisində şəhid olur?! Siz əgər sülh istəyirsinizsə, əlinizi qaldırın. İşğal nəticəsində bizə 100 milyardlarla ziyan dəyib. Ən çox da mənəvi ziyan dəyir.

İnsanlar, qaçqın-məcburi köçkünlər məndən soruşur ki, Flora xanım, İkinci Dünya Müharibəsi cəmi altı il davam etdi, amma Qarabağ münaqişəsi 30 ildir ki, davam edir, biz nə vaxt bəs öz torpaqlarımıza, dədə-baba yurdlarımıza dönəcəyik, işğala nə vaxt son qoyulacaq, ermənilər nə vaxt ərazilərimizi tərk edəcəklər? Onların suallarına cavab yoxdur, cavab verə bilmirik...”

Sonra F. Qasımova göz yaşlarını saxlaya bilməyib.

Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala F. Qasımovaya cavabında bildirib ki, onun hisslərini, nələr keçirdiyini yaxşı başa düşür:

“Mən sizi yaxşı başa düşürəm, hisslərinizi anlayıram. Bu hisslər mənə də tanışdır, mənə də yad deyil. Mən, əslində, bu hissləri yaşayan insanam. Mənim valideynlərimi də İkinci Dünya Müharibəsi zamanı öz doğma yurdlarından zorla çıxarmış, qaçqın vəziyyətinə salmışdılar.

Ona görə hesab edirəm ki, münaqişənin həll yolu var, bu yol da sülhdür. Biz bu istiqamətdə səylərimizi əsirgəməliyik, davam etdirməliyik”./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            944 08.05.18 12:26