“Oğlumu namus üstündə öldürübsə, bağışlayıram” » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |     11:51 Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR  |     11:50 Binəqədinin keçilməz yolları - VİDEO  |     11:49 Paytaxt sakinini yük avtomobili vurub  |     11:47 Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA (VİDEO)  |     11:43 Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü  |     11:41 Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO  |     11:33 Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstanda görüşü baş tuta bilər  |     11:18 Ukraynada sabiq nazir həbs edilib  |     22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |    

“Oğlumu namus üstündə öldürübsə, bağışlayıram”

Dostunu amansızlıqla öldürməkdə təqsirləndirilən Amal Zülfqarovun cinayət işi üzrə məhkəmə davam edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elvin Osmanov ifadə verib. O bildirib ki, hadisə baş verən kafedə işləyib.
 
Hadisə baş verən zaman mətbəxdə olduğunu deyən şahid səs-küy başlayan zaman zala gəldiyini bildirib: “İşdən çıxanda hadisə baş vermişdi. Yaralılardan Tələtin yanında idim. Onları sakitləşdirməyə çalışırdıq. Amal heç kimi yaxına buraxmırdı. Tələt çölə çıxanda onun arxasıca çıxdım. Nə baş verdiyini görmədim”.
 
Mərhumun anası şahiddən soruşub ki, Amal oğlunu vurmasının səbəbini deyibmi?: “Əgər həqiqətən oğlum namus üstündə öldürülübsə, araşdırılsın. Amalın bacısı, yaxını ilə yazışması varsa, onu bağışlayaram. Amma oğlum günahsız yerə öldürülübsə, 9 il də gözləyərəm ki, iş araşdırılsın. Oğlumu 9 aydır itirmişəm”.
 
Məhkəmədə təqsirləndirilən şəxsin atası Mahir Zülfüqarov da ifadə verib. O bildirib ki, oğlu Nabrandan gələndən sonra gərgin və fikirli olub: “Danışmırdı, yemək də yemirdi. Elə bir xasiyyəti də var idi ki, sözü olanda danışmırdı. Həmin gecə evə zəng gələndə bildim ki, hadisə baş verib”.
 
Mahir Zülfüqarov isə söyləyib ki, hadisədən sonra oğlu ilə mərhum arasındakı mübahisə barədə bunları eşidib: “Nabrana gedəndə mərhum Qismət yolda müasir geyimli xanım haqqında xoşagəlməz ifadə işlədib. Oğlum da buna iradını bildirib, deyib ki, bir xanım haqqında bu sözləri işlətmə. Çünki həmin qadın hamımızın yaxını ola bilər”.
 
Mahir Zülfüqarov qeyd edib ki, oğlu Amal Almaniyada olan bacısının hicaba keçməsini istəyib: “Yanımda olan qızım hicablıdır. Amal namaz qılandan sonra istəyirdi ki, bacısı da hicab bağlasın”.
 
İttihama görə, Amal Zülfüqarov Xaçmazda istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Daha sonra Amal dostu Qismətin onun xaricdə yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib. Qobustanda kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman arxadan Qismətə yaxınlaşaraq onun boyun və sinə nahiyyələrinə zərbə endirib. Kafedə olanlar Amalı sakitləşdirə bilməyiblər.
 
Amal yaralı vəziyyətdə olan və yerə yıxılan Qismətin boğazından tutaraq onu boğmağa başlayıb. Kafedə olanfa Tələt Hüseynov və Haldun Nəbizadə onu tutaraq əlindən bıçağı almaq istəyiblər. Amma onlara da bıçaq zərbəsi endirərək yenidən qismətə hücum edib və ürək, boğaz, sinə və qarın nahiyyələrinə bir neçə zərbə də endirib.
 
Amal Zülfüqarov xüsusi amansızlıq, xuliqanlıq niyyəti ilə köməksiz vəziyyəytdə olan şəxsi öldürməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 və 221-ci maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Amal Zülfüqarov SOCAR-ın Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 209 30.04.18 17:19