MTN generallarına hökm elan olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

MTN generallarına hökm elan olunub

Bakı Hərbi Məhkəməsində Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun CM-nin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq, mütəşəkkil dəstə tərəfindən, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən, külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (quldurluq, mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, məhkəmənin hökmü ilə Sübahir Qurbanov, Füzuli Əliyev 14 il, Teymur Quliyev 12 il, Zaur Məmmədov, Natiq Əliyev 10 il 6 ay, Anar Şirəliyev, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. Təqsirləndirilən Natəvan Mirvətovaya 5 il, Fərhad Atayevə və Elşən Əzizova 3 sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

Atayev və Əzizov iclas zalından azadlığa buraxılıblar.

Xatırladaq ki, dövlət ittihamçısı general Sübahir Qurbanova, Teymur Quliyevə 16 il, Füzuli Əliyevə 15 il, Natiq Əliyevə 14 il, Zaur Məmmədova 13 il, Natəvan Mirvətovaya 12 il, Elşad Əzizova 8 il, Fərhad Atayevə, Anar Şirəliyevə və Eşqin Əliyevə 7 il cəza təyin edilməsini xahiş edib. Bundan əlavə, prokuror təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunmasını, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 402 23.04.18 16:37