Leyla Əliyevanın ”Dünya yuxutək əriyir...” divanı Tehranda nəşr olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Leyla Əliyevanın ”Dünya yuxutək əriyir...” divanı Tehranda nəşr olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehran şəhərində fars dilində nəşr olunub.

Median.Az
-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, divan “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin “Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” devizi altında bir neçə ildir həyata keçirdiyi layihələr çərçivəsində Tehranın məşhur Mobini-Əndişə yayım evinin Nevis mətbəəsində nəfis tərtibatda çapdan çıxıb.

“Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” layihəsinin rəhbəri yazıçı-publisist Sona Vəliyevanın təşəbbüsü ilə indiyədək İranda və Türkiyədə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Peyğəmbər”, “Topal Teymur”, “Şeyx Sənan”, “Maral” əsərləri, “Cavid xəzinəsindən” adlı toplu, bundan başqa, bir çox xarici ölkə və keçmiş sovet respublikalarında müasir şair və yazıçılarımızın ən maraqlı yaradıcılıq nümunələri tərcümə olunaraq oxuculara təqdim edilib.
Şeirlər fars dilinə görkəmli tərcüməçi-şair Əkbər Əlyar Həmidi və tanınmış şairə, yazıçı-publisist Süsən Nəvadə Rəzi tərəfindən peşəkarlıqla tərcümə olunaraq divana daxil edilib.

Qeyd olunub ki, İran İslam Respublikasının ədəbi mühitində öz yaradıcılıq dəst-xətti ilə seçilən Əkbər Əlyar Həmidi və Süsən Nəvadə Rəzi təkcə mütərcim kimi deyil, şair və tənqidçi kimi də böyük nüfuz sahibidirlər.

“Dünya yuxutək əriyir...” divanının fars versiyasına yazdığı ön sözdə mütərcim Əkbər Əlyar Həmidi “İftixarla deyə bilərəm ki, geniş ictimai-siyasi fəaliyyəti, elitar ailə mənsubiyyəti ilə tanınan şairə zəngin fəlsəfi baxışlarına, nadir yaradıcılıq dünyası və poeziya səltənəti ilə bizə Xan qızı xatın Xurşidbanu Natəvanı xatırladaraq oxucunu heyrətdə qoyur... Divanın farsdilli oxucular tərəfindən böyük maraqla qarşılanacağına sonsuz ümid bəsləyirik”, - deyə bildirib.

Nəşrin rəhbəri və poetik ön sözün müəllifi AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sabir Şahtaxtıdır.

Divanın yaxın gələcəkdə İran İslam Respublikasında ərəb qrafikası ilə Azərbaycan dilində nəşri də nəzərdə tutulur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 387 20.04.18 13:20